Seymursdzad
44

44

545 85 12

I Donmuş ümidlərİnsanlar həmişə xoşbəxt olmaq və həyatda saf sevgiyə rast gəlmək istəyirlər. Qəlblərinin dərinliklərində öz gələcəkləri, ailə həyatları, potensial sevgililəri, uşaqları, işləri və bu kimi sonsuz mövzular haqqında planlar cızır, öz fikirlərində bütün bunları “yaradırlar”. Əlbəttə, bəzi insanlar iddia edə bilərlər ki, onlar bunlar barədə düşünmür və hətta gələcəklərinin necə olacaqları da onları maraqlandırmır. Söyləyə bilərlər ki, hər şeyi taleyin ixtiyarına və həyatın rüzgarına veriblər. Və gələcəkdə də həyatlarının onlara gətirəcəyi bütün təzadlara adi baxacaq, öz taleləri ilə razılaşacaqlar.…

Uşaq

Uşaq

63 1 1

Ailənizin etdiyi təkidlərə,yaşınızın keçməyinə baxmayaraq əsla sevmədiyiniz bir insanla ailə qurmayın.Ömrünüzü yalnız başa vursaz belə etməyin bunu. Çünki sevgisiz qurulan ailədə nə hörmət, nə sadiqlik, nə xoşbəxtlik olar.Belə münasibətin axırı mütləq xəyanətlə bitir. Əslində, xəyanət belə ailələrin təməlinde olur. Beləki, tərəflərdən biri başqasını düşünürsə, ruhən və fikrən başqasına bağlıdırsa, hansı sədaqətdən söhbət gedə bilər? Xəyanətlər düşüncələrdə başlayır boşanma məhkəmələrində bitir. Üstəlik, ətrafdakıların da həyatını cəhənnəmə çevirir. Yanında ölənədək qala bilməyəcəyiniz insanlara xoşbəxtlik yaşatmayın. Çünki onlar bu qısa xoşbəxtliyin acısını çəkərkən, etdiyi yaxşılığı dilə gətirmiş adamın on savabından yalnız birinin qaldığı kimi sizin də etdiyiniz "yaxşılığın" savabından heç nə qalmır. Hətta ailə qurarkən həyatınızda başqa birinin olmaması da sizə haqq qazandırmır. Çünki birinə qarşı sevgisizlik həmin insan özü bilsə belə, ona qarşı edilmiş ən böyük haqsızlıq və gələcək xəyanətlərə yatırılmış şeytani "vəsaitdir"... Uğursuz gələcəyin təminatıdır. Və valideynlər… "Mən səhəri gün məclisdə filankəslə qohum kimi görüşüb bir masa ətrafında əyləşə bilmərəm" tipli cümlələri çox eşidirəm. Valideynləri övladlar seçmir və heç kim valideynlərinin pis insan olmağına görə cavabdeh deyil. Önəmli olan səni böyüdən ailədir, doğrudur. Ancaq mənim yaxşı insan olmadığım söylənilirsə və bu övladımın səadətinə mane olursa, mən böyütdüyüm övladımın məni atmasına razıyam. Bunu bütün səmimiyyətimlə, ürək rahatlığı ilə deyirəm. Çünki cənnəti yaşatmağa çalışdığım övladımı mən olmadığım zaman belə xoşbəxt görmək istəyərəm. Və başqalarına, eləcə də ailəsinə cəhənnəmi yaşatmağa yol vermərəm. Övladım xoşbəxt olacağı halda mən də xoşbəxt olaram. Və mən "səni böyütmüşəm, indi isə sevdiyinə görə məni atırsan?" deyib yaxşılığı dilə gətirmərəm. Yaxşılığı sona qədər etmək lazımdır. Bu sizin üçün sizin düşündüyünüz nəticələri verməsə də.Əsas olan uşaqlardır.Biz gedərik, onlar qalar.…

Gənliyimiz

Gənliyimiz

61 5 1

Gəncliyimiz...Valideyn övladını ali təhsil alması üçün başqa şəhərə göndərir ki, dünyagörüşü, mədəniyyəti, savadı artsın. Sonra öz istədiyi insanla əvləndirsin. Döyə-döyə, söyə-söyə... Övlad çıxıb getmək istəyir; bəzir hər gün evdə qopan dava-dalaşdan, ona həyatı düzgün yaşamağı öyrətmiş insanların biri-birlərinə qarşı etdikləri qeyri-düzgün davranışlardan... özü üçün ideal hesab etdiyi atanın ideal olmayan hərəkətlərindən.əzab çəkir gecələr onun dərdi üçün oyaq qalan ananın indi də öz dərdləri ucbatından yata bilməməsinə görə... Utanır qardaşının narkotikə aludə olub son qəpiyini xərcləməsindən.... Xəbərsizdir bacısının kimlər tərəfindən aldadılmasından, onun sönmüş bəxtindən... Qırılır xəyalları hər dəfə gerçəkləşdirə bilmədiyi arzularını başqasının nailiyyəti kimi gördükdə... Həyata olan inamını itirir her şəyin pulla ölçüldüyünün şahidi olduqda. Savadın yoxdur, pulun varsa, özünə əla bilik qazandıra bilərsən.Ya da cəhənnəm olsun, pulun varsa, nəyinə lazımdır savad?! Sınır qəlbi sevdiyi insanın soyuq baxışlarından.... Unudulur hər kəs tərəfindən ona işləri düşənə qədər... Qeyb olur şıltaqlığı, həyat eşqi... Sönür gözlərindəki parıltı, solur simasındakı təbəssümü... Dolaşır həyat saçları kimi...Yorulur söylədikləri ilə razılaşıb qapını örtüb gedərək eyni tərzdə, eyni düşüncədə, köhnə fikirlərində qalan cəmiyyətdən.İyrənir nə zamansa heç qopmadığı yaxınlarından...Boğulur, havasını ciyərlərinə çəkə bilmir doğma şəhərinin... Xatırlanacaq kədər içində əzizləri tərəfindən, amma ən uzağı bir il...Vaxtı bitir, ömürdən itir gəncliyi... Bahara dönməmək üzrə yekunlaşır payız... Məhv olur gənclik........./\_/\_....-------…