LamiyBdlova
Əlləri ilə gizlətdikləri günəş

Əlləri ilə gizlətdikləri günəş

79 2 1

O, ya dəliydi,ya da ki, dahi. Bu iki xüsusiyyəti bir-birindən ayıran şüşə o qədər şəffaf və incə idi ki, bəzən varlığı hiss olunmurdu və beləcə hər onları fərqləndirmək çətin olurdu.Bəzən isə düşünürdü ki, ümumiyyətlə,onların hər ikisi də bir anlayışdır və adları kütlə tərəfindən qəbul olunmasından asılı olaraq dəyişir.Yəni insanların çoxunun maraqlarını əks etdirən bir kəşf etsən (yalan belə olsa) dahi,əksinə olsa,dəli adlandırılacaqsan.Onun kəşfininsə necə qarşılanacağını hələ bilmirdi.Doğrudanmı, adi bir kibrit çöpünü yaratmağa vaxt sərf edən insanlar heç bu qədər diqqətsiz olub bir daşın belə kiminsə onu qaldıranacan yerdə yuxulamasına, hər gün dillərindən düşməyən "Dünya fırlanır, planetlər hərəkət edir" sözlərinə diqqət etməmişdilərmi?Əgər bunu kiməsə desə, ona necə reaksiya verərdilər?Düşünür,düşünür,amma yenə də bir tərəfə çıxa bilmirdi. Qəflətən yağmağa başlayan yağış onu fikirlərindən ayırdı.Oturduğu daşın üstündən qalxıb təbiətin musiqisinə rəqs edən damlaların altında islana-islana yeriməyə başladı.Yağışda gəzməyi çox sevirdi,baxmayaraq ki,doğulduğu gündən bu həmişə çiskinli,dumanlı,yağışlı bir yerdə yaşamışdı,nədənsə usanmırdı bundan.Burada həmişə hava ya yağışlı,ya da ki, buludlu olardı.Bir çox şeylər kimi burada Günəş deyə bir anlayış yox idi,həmişə buludların arxasında gizlənib,sanki çirkaba bulaşmış ruhları görmək işgəncəsindən qaçmağa çalışırdı və günəşdən xəbərsiz qız yağışı sevirdi.Şəhərin adı da buradan götürülmüşdü-"Cahani-nəm". 6-7 il bundan əvvəl babasının yanına qaçıb yaşadıqları bu yerin adının mənasını soruşmuşdu.Babası isə həmişəki kimi gözlərində nə isə bir sirr gizlətdiyini,doğrunu demədiyini bəlli edən bir ifadəylə cavab verib a…